Past TEDx event
TEDxQafqazUniversity
Renessans
Speakers
Speakers may not be confirmed. Check the event website for the latest lineup.
Bəhman Məmmədov
Bakı Dövlət Universiteti məzunu olan Bəhman Məmmədov Qafqaz Universiteti Riyaziyyat-İnformatika bölməsində Riyaziyyat müəllimi olaraq fəaliyyət göstərir. Həmişə yeni ideyaları ilə universitetə rəngarənglik gətirən Bəhman müəllim bu dəfə riyaziyyatdakı tərs funksiya anlayışını canlı musiqi üzərinə tətbiq edərək kainatda və həyatımızdakı ziddiyyətlər mövzusu ətrafında danışacaq.
Elçin Abbasov
Elçin Abbasov Badamdar texniki yaradıcılıq klubunun yaradıcısıdır. Öyrənməyi və öyrəndiklərini paylaşmağı sevir, çoxsaylı maarifləndirici tədbirlər keçirib.Elçin Abbasov TEDxQafqazUniversity-də həyatının dönüm nöqtəsindən danışacaq.
Fəxri Məmmədli
İxtisasca Sənətşünas olan Fəxri 6 ildən artıq təlimçilik təcrübəsinə malikdir.Mədəniyyət yönümlü məqalələri 10 xarici dilə tərcümə edilmiş, ekspert çıxışlarından TV proqramlar tərtib olunmuşdur.Hazırda şirkətlərin birində məsləhətçi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim olaraq çalışır.
Hikmət Mürsəlzadə
Azərbaycan Kub Assosiasiyasının qurucusu, aca-cube.org saytında yazar, TEDxADA-nın ən gənc spikeri,Qafqaz Universitetində Mühasibat tələbəsi, rəssam, ”Dördüncü tunel” trilogiyasının müəllifi
İbrahim Emin
1989cu ildə Fransada keçirilmiş "Qızıl Payız" festivalının qalibi olmuş məşhur Azərbaycan rock qrupu "Yuxu"nun yaradıcısı və bass-gitaristi İbrahim Emin.
İlkin Manafov
Marketinq üzrə fəlsəfə elmləri doktoru, Azərbaycanda İLK praktik Marketinq təlimlərinin (Marketinq AİR) ,ilk Milli Marketinq Forumunun və onlayn Marketinq telviziyasının (FMR TV) təsisçilərindəndir. Ana dilimizdə ilk brendinq kitabı olan “360 dərəcədə brendinq” kitabının müəllifidir.
Ramin Bəndə
2008də Sumqayıtda yaranmış Azərbaycan rock qrupu olan "Bəndə"nin vokalisti olan Ramin Bəndə(Ramin Quliyev) TEDxQafqazUniversity səhnəsində yer alan performerlərdən biri idi.
Samir Nağıyev
İstanbul teknik universitesi və Marmara Universiteti məzunu olan Samir Nağıyev beynəlxalq robot yarışmasında hakimlik etmiş,2 elektrik maşını layihə ixtiraçısı və patent sahibidir. TEDxQafqazUniversity səhnəsində Samir Nağıyev Qafqaz tələbələri ilə birgə istehsal etdiyi EQUE elektrik maşınının hazırlanma prossesi,eyni zamanda tətbiqindən danışacaq.
Samirə Əfəndiyeva
İfaçı
Sərvər Qurbanov
İqtisad elmləri üzrə fəlsəfə doktoru olan Sərvər Qurbanov DAAD qrantı ilə Almaniyada, Fulbright təqaüdü ilə Amerikada elmi tədqiqatlar aparmış,bir sıra xarici universitet və qurultaylara təqdimat üçün dəvət edilmişdir.O həmçinin ”Holland sindromu” əsərinin müəllifidir.
Təranə Xudabaxşıyeva
Taekvando üzrə ikinci dan qara kəmər sahibi, taekvando üzrə milli hakim və idman jurnalisti.
Xalisə Şahverdiyeva
Sosial ədalət və insan haqları üzrə aktivist kimi Xalisə Şahverdi, Bakı Asiya Universitetində hüquq üzrə bakalavr, ABŞ-da Nyu- York Dövlət Universiteti - Buffalo Hüquq Məktəbində “Beynəlxalq Ailədaxili Zorakılıq Hüququ” üzrə təhsil alıb və iş təcrübəsi keçib. 2014-2015-ci illər də Açıq Cəmiyyət İnstitutunun (OSF) təqaüdi ilə Riqa Ali Hüquq Məktəbində Beynəlxalq İctimai Hüquq və İnsan Haqları üzrə magistr təhsili alıb. Gender Group İctimai Birliyinin və Azərbaycan Avropa Hərəkatının təsisçisi və İdarə Heyətinin üzvüdür. Xalisə “Qəbul edilmənin çətinlikləri” başlığı altında öz təcrübələrindən danışıb ədalət və humanizmin ictimai fəaliyyətdə əsas meyar olmasını əsaslandıracaq.
Ziya Məcidli
Məşhur radio aparıcı Doktor Ziya bir çox radio verilişlərində çalışmış və bu sahədə 20 ildən çox təcrübəyə malikdir.

